LEQAL XƏBƏR məlumat verir ki, Rusiyada Ermənistandan idxal edilən 70 mindən çox şüşə qablaşdırmada olan qazlı içki və içməli suyun satışına məhdudiyyət qoyulub.
Məlumata görə, qərar Rusiyanın "Rospotrebnadzor" qurumunun göstərişi əsasında "Çestnı znak" dövlət markalama sistemi tərəfindən tətbiq edilib.
Satışın dayandırılmasına səbəb məhsulların istehsalçı şirkətlər tərəfindən məcburi tələblərə uyğunluğunun pozulması göstərilib.
Məhdudiyyət Ermənistanın "RRR mineral sular zavodu" QSC tərəfindən istehsal olunan "BJNI" mineral suları, "WATERLOK" MMC-nin "Prosto Azbuka" içməli suyu və "Arsen ev Nerses" MMC-nin "Moxito" alkoqolsuz qazlı içkisinin müəyyən partiyalarına şamil olunub.
Qeyd olunub ki, bloklanma yalnız konkret tarixlərdə istehsal edilmiş məhsul partiyalarına aiddir və digər malların satışına təsir göstərmir.![]()