Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı açıqlama verib.
Leqal xəbər verir ki, Paşinyan bildirib ki, iki ildən artıqdır tərəflər arasında qarşılıqlı atəş nəticəsində nə həlak olan, nə də yaralanan qeydə alınmayıb.
Baş nazir bu vəziyyəti “əsl sülh” kimi qiymətləndirərək qeyd edib ki, tərəflər arasında itkilərin olmaması regionda sabitliyin əsas göstəricilərindən biridir.
O, eyni zamanda vurğulayıb ki, Ermənistanın sərhəd kəndlərində artıq iki ildir atəş səsləri eşidilmir. Bu isə bölgədə təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir.
Paşinyan əlavə edib ki, sərhəd kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Bu çərçivədə 3600-dən artıq yeni ev tikilərək istifadəyə verilib. Onun sözlərinə görə, həyata keçirilən layihələrə ümumilikdə 16 milyona yaxın vəsait sərf olunub.
Əsil sülh belə olar
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı açıqlama verib. Leqal xəbər verir ki, Paşinyan bildirib ki, iki ildən artıqdır tərəflər arasında qarşılıqlı atəş nəticəsində nə həlak olan, nə də yaralanan qeydə alınmayıb. Baş nazir bu vəziyyəti “əsl sülh” kimi
16 baxış
3 dəq
