Leqal xəbər Ermənistan mətbuatına əsasən məlumat verir ki, Ermənistanda hakimiyyətlə müxalifət arasındakı qarşıdurma iqtisadi müstəviyə keçib.
Baş nazir Nikol Pashinyan Ararat sement zavodunun dövlət nəzarətinə verildiyini açıqlayıb. O bildirib ki, müəssisənin sahibi artıq Ermənistan Respublikasıdır və zavod dövlət tərəfindən idarə ediləcək.
Erməni mediasında yayılan məlumatlarda bu qərar iş adamı Gagik Tsarukyana qarşı həyata keçirilən faktiki müsadirə kimi qiymətləndirilir.
Qeyd olunur ki, Çarukyan uzun illərdir Ermənistanda müxalif qüvvələrin ən böyük maliyyə dəstəkçilərindən biri hesab edilir. Siyasi müşahidəçilər hakimiyyətin bu addımını müxalif düşərgəyə yönəlmiş ciddi mesaj kimi dəyərləndirirlər.
Paşinyan çıxışında zavod əməkdaşlarının artıq Çarukyanın göstərişlərinə deyil, dövlətin idarəetmə qaydalarına uyğun fəaliyyət göstərəcəyini vurğulayıb.